RUSİYA

Həştərxan və Bakı arasında əməkdaşlığa dair hökumət proqramı imzalanıb

Açılan yeni Mərkəzin Azərbaycanla Həştərxan vilayəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə dair fəaliyyətin tərkib hissəsi olacağı gözlənilir.
Sputnik
BAKI, 7 dekabr - Sputnik. Dekabrın 7-də Azərbaycan hökuməti ilə Rusiyanın Həştərxan vilayəti hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inişaf etdirilməsinə dair tədbirlər proqramı hazırlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, sənədi Azərbaycan tərəfdən İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiya tərəfdən isə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin imzalayıblar.
Sənəd Bakıda Həştərxan Biznes Mərkəzinin açılmasına həsr olunmuş tədbirlər çərçivəsində baş tutub.
İ.Babuşkinin sözlərinə görə, açılan yeni Mərkəz Azərbaycanla Həştərxan vilayəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə dair fəaliyyətin tərkib hissəsi olacaq.

"Mərkəzin adı Həştərxanla bağlı olmasına rəğmən, biz əminik ki, bütün Rusiyadan biznes və humanitar sahənin nümayəndələri onu lazımınca qiymətləndirəcək və onun işində iştirak edəcəklər", - deyə Babuşkin bildirib.

Qubernatorun sözlərinə görə, adıçəkilən mərkəz biznes, təhsil və elm sahələrini cəlb etmək üçün daha bir qurum olacaq:
"Burada həm humanitar, həm də mədəni əlaqələr inkişaf etməlidir".
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkəmizin Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulanıb.
Prezident İlham Əliyevin Həştərxana səfərləri məmnunluqla xatırlandı və bu səfərlərin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi xüsusi qeyd edilib.
Söhbət zamanı ticarət dövriyyəsinin artırılması, ticarət və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində uğurla həyata keçirilən layihələr yüksək qiymətləndirilib.
Söhbət zamanı ölkəmizin Rusiya Federasiyasının Həştərxan vilayəti ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.
Həmçinin oxuyun:
İlham Əliyev: "Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq?"