BAKI, 7 dekabr — Sputnik. Vadim Qalaqanov son 20 ildə ən yaxşı işlərini fotoalbomda cəmləşdirib.
Rusiyanın ulduz stilisti, bakılı Vadim Qalaqanov Moskvada dünya məhşurları ilə öz işlərini nümayiş edən ilk "VG-20" fotoalbomunu təqdim edib.
Fotoalbom stilistin ən mühüm işlərindən ibarət 420 səhifədən ibarətdir. "Onlar əslində daha çox idi, ancaq mən iyirmi illik iş müddəti ərzində ən parlaq şəkildə hazırlanmış ən yaxşılarını seçdim. Həmçinin mənim avtobioqrafiya-kitabım da tezliklə işıq üzü görəcək", - deyə Qalaqanov təqdimat mərasimində bildirib.
Fotoalbomda stilistin Edrien Broudi, Cerard Batler, Naomi kempbell, Ancelina Coli, Vensan Kassel və həyat yoldaşı Tina Kunaki kimi və bir çox başqa dünya ulduzları ilə işinə rast gəlmək olar.
Qalaqanov uzun müddət "GQ Russia" jurnalının redaktoru olub və dünya şöhrətli ulduzlarla işləyib. 2017-ci ilin fevral ayında "Elle" jurnalınin rus versiyasının moda şöbəsinin direktoru təyin olunub, ancaq 2020-ci ildə isə bu vəzifəni tərk etdi.