ELM

Avstraliyada dünyanın sonunu xatırladan "qara qutu" quraşdırılacaq

"Qara qutu"nun içərisinə internet bağlantısı qoşulmuş nəhəng məlumat anbarları yerləşdiriləcək, onlar yuxarıda günəş panelləri və içəridə batareyalarla təchiz ediləcək.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Gələn il Avstraliyada qlobal istiləşmə probleminə diqqəti cəlb etmək üçün artıq avtomatik olaraq bu sayta yığılmış mövcud sivilizasiya haqqında məlumatı olan Yer kürəsinin qara qutusu adlanan qurğu quraşdırılacaq.
"Bu qurğunun məqsədi planetin mövcudluğunun dayandırılmasına səbəb olan hadisələr haqqında qərəzsiz materiallar təqdim etmək, gələcək nəsillər üçün məsuliyyət daşımaq və təcili tədbirlər görməyə sövq etməkdir", - deyə onlayn resursun təsvirində qeyd edilib.
Müəlliflərinin fikrincə, "bu hekayənin necə bitəcəyi bizdən asılıdır".
ABC telekanalının verdiyi məlumata görə, ölçüsü 10 × 4 × 3 metr təşkil edəcək nəhəng tir şəklində abidənin iddia edilən təsviri saytın fonu olub. O 7,5 millimetr qalınlığında polad zirehdən hazırlanacaq və Tasmaniya adasında geoloji cəhətdən sabit ərazidə qurulacaq. İçərisinə internet bağlantısı qoşulmuş nəhəng məlumat anbarları yerləşdiriləcək, onlar yuxarıda günəş panelləri və içəridə batareyalarla təchiz ediləcək.
Yer kürəsinin belə "qara qutusu" quruda və dənizdə temperaturun ölçülməsi, okeanların turşulaşması, atmosferdəki karbonun tərkibi, canlıların növlərinin nəslinin kəsilməsi, quraqlıqların dəyişməsi, habelə əhalinin sayı, ölkələrin hərbi xərcləri və elektrik enerjisi istehlakı haqqında məlumatları qeyd edəcək.
Həmçinin bu qurğuda iqlim dəyişikliyinə həsr olunmuş görüşlərdən gələn mesajlar, xəbər başlıqları və sosial şəbəkə yazıları da qeyd olunur.
Saytda real vaxtda hansı informasiya mesajlarının artıq virtual olaraq qeydə alındığı göstərilir.
Kommersiya olmadığı iddia edilən layihəni Avstraliyanın ən böyük marketinq şirkəti "Clemenger BBDO" yerli tədqiqatçılarla əməkdaşlıq edir.