FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Soyuq əllər, isti ürək": Bakıda Yeni il yarmarkası açılıb

Yeni il, bayram ab-havası paytaxtın mərkəzində ən xoş ənənəyə çevrilmiş "Soyuq əllər, isti ürək" yarmarkasında hiss olunur.
Sputnik
Bakıda ənənəvi "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası qışın ilk günlərindən ziyarətçilər üçün açılıb.
Yeni il yarmarkası nəinki Azərbaycanda, həm də regionda keçirilən ən böyük xeyriyyə layihələrindən biridir. 2013-cü ildən etibarən bu layihə Nərgiz Fondu tərəfindən hər il uğurla həyata keçirilir.
Sputnik Azərbaycan-ın fotomüxbiri yarmarkanın ən maraqlı və canlı məqamlarını lentə alaraq, Yeni il öncəsi şəhərin ab-havasına qərq olub.
1 / 14

Bakı sakinləri və paytaxtın qonaqları bayram öncəsi ab-havaya qərq ola, rəngarəng işıqlarla, fənərlərlə və nəhəng küknar ağacı ilə bəzədilmiş küçədə gəzə bilərlər.

2 / 14

Küknar ağacının yanında Şaxta babanın kiçik evi var.

3 / 14

Əgər əvvəllər Şaxta babanın evinə gedib onu qucaqlamaq, məktub vermək və şəkil çəkdirmək mümkün idisə, indi koronavirus məhdudiyyətlərinə görə Qar qızlar ona yaxınlaşmağa belə icazə vermirlər.

4 / 14

Şaxta baba hamıya ancaq uzaqdan əl edir.

5 / 14

Yarmarkaya gələnlər yalnız Yeni il evinin fonunda şəkil çəkdirə bilərlər.

6 / 14

Yarmarkada qırxdan çox ev quraşdırılıb. Onların hər biri məşhur brendləri təmsil edir.

7 / 14

Yeni il hədiyyələri, suvenirlər, əl işləri və eksklüziv müəllif bəzəkləri rəflərdə yer alıb.

8 / 14

Ac olan hər kəs isə küçədəki yemək rəflərinə baş çəkə, isti yeməklər pavilyonunda isinə və qaynar içkilərdən - ənənəvi samovar çayı, qəhvə və hətta qlintveyndən həzz ala bilər.

9 / 14

Kəskin soyuqlara baxmayaraq, paytaxt sakinlərinin əksəriyyəti yarmarkaya öz yaxınları üçün orijinal nəsə almaq üçün gəlib.

10 / 14

Əksər insanlar müxtəlif suvenirlərə üstünlük verirlər.

11 / 14

İnsanların bir hissəsi uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş oyun səhnələrinin yanında toplaşıb.

12 / 14

Bir sözlə, qarşıdan gələn bayramın ruhunu hiss etmək, ailə üzvlərinə və dostlara əvvəlcədən hədiyyələr almaq üçün yarmarkaya baş çəkməyə dəyər.

13 / 14

Yarmarkada yerli ulduzların iştirak edəcəyi əyləncə proqramı Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbçinin şəhid olması, daha iki nəfərinin isə yaralanması ilə əlaqədar ləğv edilib.

14 / 14

Bu il yarmarkada toplanan bütün vəsait ağır xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə, o cümlədən aztəminatlı ailələrə və Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə yardıma yönəldiləcək.

Bu il yarmarkada ziyarətçilər həm tanınmış brendlərin, həm də sadəcə həvəskarların Yeni il hədiyyələrini, suvenirlərini, əl işlərini və eksklüziv müəllif zinət əşyalarını görmək və almaq imkanı əldə edirlər.
Ac olan hər kəs isə küçədəki yemək rəflərinə baş çəkə, isti yeməklər pavilyonunda isinə və qaynar içkilərdən - ənənəvi samovar çayı, qəhvə və hətta qlintveyndən həzz ala bilər.
Bakı sakinləri və paytaxtın qonaqları bayram öncəsi ab-havaya qərq ola, rəngarəng işıqlarla bəzədilmiş küçədə gəzə bilərlər. Ancaq koronavirus məhdudiyyətlərinə görə Şaxta babaya və Qar qıza yaxınlaşmaq mümkün olmayacaq.
Yarmarkaya gələnlər yalnız Yeni il evinin fonunda şəkil çəkdirə bilərlər.
Bu il yarmarkada toplanan bütün vəsait ağır xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə, o cümlədən, aztəminatlı ailələrə və Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə yardıma yönəldiləcək.