CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid olan iki hərbçinin vərəsələrinə sığorta ödənişlərinin verilməsinə başlanılıb

Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı Şirkətə hələ müraciət daxil olmayıb.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Bu ilin noyabrın 16-da Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) Sputnik Azərbaycan-a verilən məlumata görə, bunu mediaya açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib.
"16 noyabr tarixdə dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş vermiş döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olmuş, 10 hərbi qulluqçu isə yaralanmışdı. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birdəfəlik ödəniş həyata keçirilib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı Şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər".
Eləcə də oxuyun:
* Helikopter qəzasında şəhid olanların ailəsinə nə qədər sığorta ödənişi ödəniləcək?
* Sərhəddə nə baş verir? Azərbaycan MN cavab verdi