HADİSƏ

Qusara istirahətə gedən yeniyetmə oğlan həlak oldu

Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Qusarda bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə dekabrın 5-i saat 16 radələrində rayonun Laza kəndi ərazisində qeydə alınıb.
Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.
Bir neçə gün öncə Şabran rayonunda başqa bir uşaq bədbəxt hadisə nəticəsində həlak olub. Rayonun ferma ərazisində 2020-ci il təvəllüdlü Ümid Muradov ehtiyatsızlıqdan müvəqqəti istifadə üçün nəzərdə tutulan tualetin quyusuna düşərək ölüb.
Eləcə də oxuyun:
* Bərdədə faciə: Xəstə sanıb xilasediciləri gözlədilər, iki həyat söndü
* Bakıda tikintidə uçqun olub, xəsarət alan var
* Azərbaycan Ordusunun giziri həlak olub