RUSİYA

Putinin Hindistan səfəri: Onun kortecini Heydərabad sarayında Modi qarşılayıb

Prezident qeyd edib ki, Hindistan xarici siyasət fəlsəfəsi və prioritetləri baxımından Rusiyaya yaxın olan çoxqütblü dünyanın nüfuzlu mərkəzlərindən biridir.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Hindistana rəsmi səfərə gedib. O, səfər çərçivəsində Hindistanın Baş naziri Nerendra Modi ilə görüşüb. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər yayıb.
Rusiya prezidentinin korteci Nyu-Dehlinin mərkəzində Heydərabad sarayına gəlib və burada onu Modi qarşılayıb. İki ölkənin liderləri mətbuat nümayəndələrinin qarşından keçəndən sonra danışıqlar aparmaq üçün saraya daxil olublar.
Qeyd edək ki, bu, Putinlə Modinin 2019-cu ildə Brazilyada keçirilən sammitdən sonra ilk şəxsi görüşüdür.
Putundən əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiyanın Hindistandakı səfiri Nikolay Kudaşov da Heydərabad sarayına gəliblər.
KİV-in daha əvvəl yazdığına görə, Putin özü Hindistana səfəri zamanı Rusiya-Hindistan münasibətlərinin, iki ölkənin strateji tərəfdaşlığının daha da inkişafı üçün yeni genişmiqyaslı təşəbbüslərin müəyyənləşdirilməsinin planlaşdırıldığını bildirib. O əlavə edib ki, "bu tərəfdaşlıq hər iki dövlətə real qarşılıqlı fayda gətirir".
Prezident qeyd edib ki, Hindistan xarici siyasət fəlsəfəsi və prioritetləri baxımından Rusiyaya yaxın olan çoxqütblü dünyanın nüfuzlu mərkəzlərindən biridir.