BAKI, 6 dekabr — Sputnik. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında konseptual planı hazırlanıb və yaxın günlərdə Parkın sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanılacaq.
İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka ayrılan 200 hektar ərazinin bu günədək 105 hektarı (52%-i) minalardan təmizlənib.
Qeyd edək ki, Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr tarixli Fərmanı ilə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb.
Həmçinin oxuyun: