RUSİYA

KTMT-də hərbi əmakdaşlıq məsələsi müzakirə olunacaq

Qurumun videokonfrans rejimində keçiriləcək iclasında Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya regionlarında hərbi təhlükəsizliyə təhdidlərdən danışılacaq.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Dekabrın 8-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər arasında hərbi əməkdaşlığın inkişafı üzrə Hərbi Komitəsin videokonfrans rejimində iclası keçiriləcək. Bu barədə qurumun saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, iclasa Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya Federasiyasının müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov sədrlik edəcək.
Tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri iştirak edəcəklər.
Bundan əlavə, görüşdə KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov və KTMT baş katibinin müavini Tahir Xayruloyev də iştirakı gözlənilir.
İclas iştirakçıları Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya regionlarında hərbi təhlükəsizliyə təhdidlər, həmçinin Kollektiv Aviasiya Qüvvələrinin gələcək inkişafı və koalisiya qüvvələri üçün havadan müdafiənin təşkili məsələlərini müzakirə edəcəklər.