HƏRBİ

Azad edilən ərazilərdə daha 30 mina aşkarlanıb

İşğaldan azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələri tərəfindən bu günədək ümumilikdə 13177 hektar ərazi minalardan təmizlənib, 616 kilometr yol çəkilib, 16860 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 29-dan dekabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 27 mina və 19 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 70 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələri tərəfindən bu günədək ümumilikdə 13177 hektar ərazi minalardan təmizlənib, 616 kilometr yol çəkilib, 16860 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.
Noyabrın 29-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlamışdı.
Orada qeyd olunurdu ki, noyabrın 22-dən 27-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1, tank əleyhinə 36 mina və 14 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 50 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Həmçinin oxuyun:
Nazir: Ağdam Sənaye Parkının 74 hektarı minalardan təmizlənib
Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı