HADİSƏ

Ucarda qardaş qardaşı, Şabranda isə qardaş bacını öldürdü

On bir yaşlı qardaş silahla ehtiyatsız davranması səbəbindən 14 yaşlı qardaşını öldürüb, 29 yaşlı gənc isə 23 yaşlı bacısına qıyıb.
Sputnik
BAKI, 5 dekabr - Sputnik. Ucarda qardaş qardaşı güllələyib. Hadisə Alpout kəndində baş verib.
Kənd sakini, 2010-cu il təvəllüdlü Pünhan Tofiq oğlu Abbasov ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə qardaşı, 2007-ci il təvəllüdlü Salik Tofiq oğlu Abbasovu qətlə yetirib.
Bu gün Şabran rayonunda da qətl hadisəsi baş verib.
Rayonun Çaraq kənd sakini, 1992-ci il təvəllüdlü Quliyev Rüfət Əvəz oğlu qısqanclıq zəminində bacısı 1998-ci il təvəllüdlü Nəcibə İsayevanı çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.
Hər iki faktla bağlı müvafiq polis şöbələrində araşdırma başlanılıb.