Qırmızı Kitaba düşən qar bəbirləri (irbis) kameranın obyektinə tuş gəlib. Videoda kiçik yırtıcıların necə əyləndiyini görmək olar. Onlar maraqla kameranı öyrənməyə çalışırlar. Baybosunda dörd qar bəbiri var. Azaldıqları üçün qar bəbirlərinin adı Qırmızı Kitaba daxil edilib.
Hazırda bu heyvanın ovlanması yaşadığı bütün ölkələrdə qadağandır. 2019-cu ildə yaradılmış mikroqoruq yerli sakinlər, keçmiş ovçular və balıqçılar tərəfindən brakonyerlərdən qorunur. Onlar həmçinin heyvanları və quşları qeydiyyata alır, onlara nəzarət edir və qidalandırırlar. Mühafizə zonasının ərazisində ümumilikdə 18 növ məməli, 60 növ quş və 500-dən çox bitki növü var.