DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makron ərəblərlə anlaşdı: hidrogen yanacağı ilə işləyən avtomobillər istehsal edəcəklər

“Aramco” və fransız şirkətləri arasında süni intellekt və yaşıl texnologiyanın tətbiqi üzrə sazişlər, həmçinin “Airbus” ilə birgə hərbi aviasiya müəssisəsinin inşasına dair kontrakt da imzalanıb.
Sputnik
BAKI, 5 dekabr - Sputnik. Fransa Prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində “Aramco” enerji şirkəti və “Gaussin” korporasiyası arasında hidrogen yanacağı ilə işləyən avtomobillərin istehsalına dair Saziş imzalanıb.
Sputnik Azərbaycan SPA agentliyinə istinadla xəbər verir ki, Sazişdə hidrogen yanacağı ilə işləyən və sıfır karbon qazı emissiyası olan avtomobillərin istehsalı və tədarükü ilə yanaşı, onların hərəkəti üçün xüsusi trasların inşası da nəzərdə tutulub.
Bu məqsədlə “Aramco”nun Yüksək İnnovasiya Mərkəzi yeni layihələr həyata keçirəcək. Sazişdə, həmçinin “Dakar” rallisinin Səudiyyə Ərəbistanı mərhələsinin hidrogen yanacağı ilə işləyən avtomobillərin hərəkət edəcəyi trasda keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, “Aramco” və fransız şirkətləri arasında süni intellekt və yaşıl texnologiyanın tətbiqi üzrə sazişlər, həmçinin “Airbus” ilə birgə hərbi aviasiya müəssisəsinin inşasına dair kontrakt da imzalanıb.
Həmçinin oxuyun:
Dünyanın ən ucuz elektrikli avtomobili satışa çıxarıldı
Hər beş elektrokar sahibindən biri yenidən adi avtomobillərə qayıdır