SƏHİYYƏ

Koronavirus xüsusilə hansı kateqoriyalı xəstələr üçün təhlükəlidir

Baş həkimi Leonid Vorslovun sözlərinə görə, hipertoniya xəstəsi digərlərinə nisbətən infeksiyaya daha tez yoluxacaq və xəstəliyi daha ağır keçirəcək.
Sputnik
BAKI, 5 dekabr — Sputnik. Koronavirus hansı kateqoriyalı xəstələr üçün xüsusi təhlükə yaradır? Bu barədə professor Kalinçenkonun klinikasının baş həkimi Leonid Vorslov "İctimai Xəbərlər Xidməti"nə verdiyi müsahibəsində qeyd edib.
Mütəxəssisin fikrincə, bu kateqoriyaya hipertonik xəstələr aiddir. Vorslov izah edib ki, arterial hipertenziyalı xəstələrdə çoxlu spesifik reseptorlar var. Həmin reseptorlar sayəsində də yüksək qan təzyiqi olur, virus hüceyrəyə nüfuz etmək üçün bu reseptorlardan istifadə edir.
"Sağlam insanın hüceyrə səthində 5 min reseptor var, yəni 5 min virus vahidi hüceyrəyə daxil ola bilir. Ancaq arterial hipertenziyalı xəstədə isə belə reseptorlar 10 dəfə çoxdur. Və müvafiq olaraq, 50 min virus hüceyrəyə daxil ola bilir", - deyə həkim bildirib.
O, əlavə edib ki, hipertoniya xəstəsi digərlərinə nisbətən infeksiyaya daha tez yoluxacaq və xəstəliyi daha ağır keçirəcək.