BAKI, 5 dekabr - Sputnik. Ermənistanın Araqatsotn vilayətinin Aparan icmasında yerli özünüidarə orqanlarına seçkilərdə bir sıra ciddi nöqsanlar aşkarlanıb.
Bu barədə Report Ermənistan KİV-lərinə istinadla məlumat yayıb.
Artıq səsvermənin başlanmasından təxminən 2 saat sonra seçicilərin şəxsiyyət vəsiqələrindən əlavə arayışla bağlı problemlərinin ortaya çıxması barədə məlumatlar daxil olub.
Məsələn, vətəndaşlardan biri özü ilə hərbi komissarlıqdan qeydiyyat vərəqəsini götürməyi unudaraq pasport qeydiyyatı şöbəsinə getdiyini bildirib. Pasport qeydiyyatı şöbəsinin əməkdaşı həmin şəxsin indiki mer Karen Yeqiazaryanı seçəcəyini bildiyi üçün “Yaxşı, get, bazar ertəsi gələrsən”, - deyib.
“Yeri gəlmişkən, qeyd edək ki, şəhərdə çoxlu sayda xüsusi təyinatlı polis bölmələri fəaliyyət göstərir, yəqin ki, yerli özünüidarəetmə orqanlarına son seçkilər zamanı olduğu kimi, hakimiyyət üçün qorxu mühiti səpmək və istənilən nəticəni təmin etmək üçün”, - ermənilərin Aravot nəşri yazıb.
Qeyd edilir ki, xüsusi təyinatlıların hazırkı mer Karen Yeqiazaryana məxsus “Qntunik” satış mərkəzində alış-veriş etmələri də simvolik xarakter daşıyır.
Yeri gəlmişkən, Vanadzor meri Aram Xaçatryanın da seçki kampaniyası zamanı xidməti avtomobildən yararlanması barədə ölkə mətbuatında məlumatlar yayılıb.
Eyni zamanda hakim "Vətəndaş müqaviləsi" Partiyasını parlamentdə təmsil edən deputat Rüstəm Bakoyan Tlik icmasının rəhbəri Slavik Saloyanı təhqir edərək hədələyib. İcma da öz namizədi olan Dövlət Dumasının deputatı S.Saloyana təzyiq göstərməyə çalışıb. Bakoyan hətta dəstək üçün kriminal avtoritetlərə müraciət edib.
Qeyd edək ki, bu gün Ermənistanın 7 rayonunda yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Mərkəzi Seçki Kampaniyasının saat 11:00-ə olan məlumatına görə, seicilərin cəmi 6,15 faizi seçkilərdə iştirak edib.
Bütün bunlar seçkilərin qanun pozuntuları, prosesə ciddi müdaxilə şəraitində keçdiyini göstərir.