PAYTAXT XƏBƏRLƏRİ

Bakı metropolitenində gərgin anlar yaşanıb: sərnişin qatar yoluna düşüb

Bəxtiyar Məmmədovun sözlərinə gröə, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb.
Sputnik
BAKI, 5 noyabr - Sputnik. Bakı Metropoliteninin "İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.
Bu barədə məlumatı Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuaqt katibi Bəxtiyar Məmmədov verib.
O qeyd edib ki, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb.
"Ona ilkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır", - deyə o, əlavə edib.
Qeyd edək ki, ötən gün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində şübhəli şəxs saxlanılıb. Daxili İşlər Nazilriyinin məlumatına görə, metropolitenin polis şöbəsinin əməkdaşları tərəfindən dekabrın 1-nə keçən gecə Səbail rayonu ərazisindəki kafelərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Həmin şəxs Bərdə rayon sakini K.Fərzəliyevdir.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 2-nə keçən gecə metronun "Koroğlu" stansiyasında yerləşən bir aptekdən 300 manat pul oğurlaması da müəyyən edilib.
Həmçinin oxuyun:
Şübhəli şəxs metropolitendə saxlanılıb