VİDEO

Səmavi ekvalayzer: Qütb parıltısı Murmansk vilayətində

Rusiyanın Murmansk vilayətində yerləşən Kanentyavr gölünün yaxınlığında səma gecə vaxtdı parlaq şimal şəfəqləri ilə işıqlanıb. Ətraflı videomuzda.
Sputnik
Qütb parıltısı günəşin hərəkəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsidir. Yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb ətrafında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və bir növ "həyəcanlanır". Bunun nəticəsində də qütb parıltısı baş verir.
Qütb parıltısı və ya Avrora - qütb bölgəsində görünən, dünyanın maqnit sahəsi ilə Günəşdən gələn yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində əmələ gələn təbii işıqlardır.
Yaşıl rəng Avroraların ən məşhur rəngidir. Çox yüksəklərdə olan Avroralar qırmızı və çəhrayı da ola bilir. Atmosferin 100-dən 1000 km-ə qədər hündürlüklərində meydana gəlir və atmosfer boyunca minlərlə km üfüqi uzunluqda ola bilir. Əsas mənbəyi Yer kürəsindən keçən Günəş fırtınaları və Günəş küləyi kimi plazmalardır (ionlaşmış qazlar).