BAKI, 4 dekabr — Sputnik. Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 48 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
DİN-in məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.