PAYTAXT XƏBƏRLƏRİ

Bakı bu gün daha təmizdir

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Bakıda sanitarya günü keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, başa çatmaqda olan ilin son ayının birinci şənbə günü Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dekabr ayının 4-ü səhər saatlarından etibarən paytaxtın bütün rayonlarında kommunal və digər qurumlarının iştirakı ilə genişmiqyaslı sanitar tədbirləri həyata keçirilib.
Bakıda ümumşəhər sanitar günü
Gün ərzində şəhərin prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin yuyulması, ərazinin dezinfeksiyası həyata keçirilib. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı sakinlərimiz də yaxından iştirak ediblər.
Bakıda ümumşəhər sanitar günü
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.
Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.