HADİSƏ

Qardaşlarının başına gələn dərs olmadı: Azərbaycanda yenə ərəbləri cərimələdilər

Ərəblərlə yanaşı, İmişli rayon sakini də saxlanılıb və cərimə edilib.
Sputnik
BAKI, 3 dekabr — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonunda Azərbaycanın ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıblar.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, araşdırma zamanı onların Küveyt vətəndaşları Jarrah Alazemi, Ahmad Alazemi, Saad Alazmi, Marzooq Alazmi, Rashed Alazemi, Ayedh Alazimi, Bəhreyn vətəndaşları Abdulla Rebai Hameed Khalaf, Mohamed Abdulwahab Ahmed Alharmasi Alhajrı və İmişli rayon sakini Dilavər İbişov olduğu müəyyən edilib.
Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 10352 manat məbləğində cərimə olunublar.
Qeyd edək ki, Azərbaycanda dəfələrlə ərəb turistlərin qanunsuz ov etməsi barədə faktlar aşkarlanıb. Onlar bundan əvvəl "Qax Dövlət Təbiət Yasaqlığının ərazisində, Acınohur çölündə böyük bir düşərgə quraraq nadir quş və heyvanları ovladıqları üçün ictimai qınağa səbəb olmuşdular. Nəticədə canlarını cərimə ödəməklə qurtardılar.
Ondan əvvəl isə ərəb turistlər Salyan, Hacıqabul, Neftçala, Masallı rayonları ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılıblar.
Eləcə də oxuyun:
* Azərbaycanda qanunsuz ov edən ərəblər cərimələniblər
* Azərbaycanda qanunsuz ov edən ərəblər: Cərimələnsələr də tövbə etmirlər