BAKI, 3 dekabr — Sputnik. "Sputnik Layt" və koronavirusa qarşı nazal peyvəndini eyni vaxtda tətbiq etmək mümkündür. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq qeyd edib.
"Bunun orqanizmə heç bir zərəri yoxdur", - deyə o əlavə edib.
Oktyabrın ortalarında məlum oldu ki, Səhiyyə Nazirliyi "Sputnik" xəttindən olan "SPRAY 08-Qаm-COVİD-Vak-2021"in klinik sınaqlarına icazə verib.
Gintsburqun qeyd edib ki, nazal preparatın heç bir yan təsirləri aşkar edilməyib.
Российская вакцина от коронавирусной инфекции "Спутник Лайт"
© Sputnik / Сергей Батурин
Onun müavini Denis Loqunovun sözlərinə görə, belə bir prosedur ağrısızdır və yuxarı tənəffüs yollarında immunitet şəklində əlavə maneə yaratmağa yönəlib.
Noyabrın sonlarında Rusiya Prezidenti Vladimir Putin əvvəlcə "Sputnik Layt" ilə revaksinasiya olunub, bir neçə gündən sonra isə nazal peyvənd olunub. Prezidentin sözlərinə görə, vaksindən sonra onda heç bir xoşagəlməz hal hiss olunmayıb.