İQTİSADİYYAT

"Azərişığ"ın 17 milyon kilovat/saatını oğurlayıblar

Paytaxt və bölgələrdə növbəti dəfə elektrik enerjsinin talanması halları aşkarlanıb.
Sputnik
BAKI, 3 dekabr - Sputnik. “Azərişıq” ASC-nin əməkdaşları vəzifə təlimatına uyğun, aylıq elektrik sayğaclarının oxunmasını həyata keçirərkən bəzi abonentlərin sayğaclara müdaxilə edərək elektrik enerjisini taladıqlarını aşkarlayıblar.
Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə bu ilin 11 ayı ərzində talama hallarına yol verən 1254 abonent aşkarlanıb. Həmin abonentlər üzrə itirilmiş elektrik enerjisinin miqdarı isə 17 milyon kVts-dan çox olub.
Qeyd edək ki, elektrik enerjisinin abonentlərə keyfiyyətli verilməsi və talanma hallarının vaxtında qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-nin müvafiq strukturları bu istiqamətdə mütəmadi işlər görür və bu cür neqativ halların qarşısını alırlar. Uçotlara müdaxilə və kənar xətdən istifadə halları aşkar olunduqda həmin abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılır və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin, həmin obyekt və müəssisələrin adları bundan sonra da kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.
CƏMİYYƏT
"Azərişıq" Antiinhisar Dövlət Xidmətinin qərarına münasibət bildirib
Qurumun itkiləri bununla yekunlaşmır. Noyabhrın 30-da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib. İşə baxılması zamanı "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün elektrik sayğaclarının onların özləri ilə deyil, mənzil-tikinti kooperativləri ilə bağlanılan müqavilə əsasında quraşdırıldığı və nəticədə sayğacların dəyərinin istehlakçılardan tələb edilməsi müəyyən olunub.
Qəbul edilən qərara əsasən, fiziki şəxs olan istehlakçıların müraciətləri və onlarla bağlanılan elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında elektrik sayğaclarının enerji təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə "Azərişıq" ASC-yə göstəriş verilib. "Azərişıq" bəyan edib ki, atılan addımlar qanunvericiliyə uyğundur.
Eləcə də oxuyun:
* Azərbaycan elektrik enerjisinin istehsalını artırıb
* Sovetlərdən sonra ilk böyük fəlakət: Azərbaycan niyə qaranlığa qərq olmuşdu?
* Çoxmənzilli binalarda quraşdırılan elektrik sayğaclarının pulunu kim verəcək?