HADİSƏ

Qubada məktəb binası külə dönüb

Yanğın dünən gecə saatlarında baş verib, 240 kv metrlik bina tapamilə yanıb
Sputnik
BAKI, 2 dekabr - Sputnik. Dünən gecə saatlarında Qubanın dağlıq kəndi olan Zıxır yaşayış məntəqəsində modul tipli məktəbdə yanğın baş verib.
Hadisənin səbəbləri ilə bağlı Sputnik Azərbaycan-ın bölgə müxbiri Quba Rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev ilə əlaqə saxlayıb.
Qubada yanmış məktəbin binası
Onun sözlərinə görə, yanğın dünən gecə saatlarında baş verib, 240 kv metrlik bina tapamilə yanıb:

"Hadisə dünən gecə saatlarında baş verib. Bina 2019- cu ildə istifadəyə verilmişdi. Təəssüflər olsun ki, bina tamamilə yanıb yararsız vəziyyətə düşüb. Modul tipli məktəbdə 24-dən artıq şagird təhsil alırdı. Artıq biz məcbur olub uşaqları köhnə məktəb binasına köçürdük. Bu gün binaya odun sobaları yerləşdirdik ki, uşaqlar təhsillərinə davam edə bilsinlər".

Qubada yanmış məktəbin binası
Qeyd edək ki, yanğın dərsdən əvvəl baş verdiyindən xəsarət alan olmayıb.