BAKI, 2 dekabr — Sputnik. Ermənistan mediasında kifayət qədər "feyk nyus" xarakterli məlumatlar yayılır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O, Azərbaycanın media nümayəndələrinə müraciət edib:
"Ermənistan mediasına istinadları minimuma endirək. Çünki kifayət qədər saxta, yalan məlumatlar yayılır. Bu, Ermənistanın daxilində gedən proseslərlə bağlıdır. Ermənistanda daxili istehlak naminə olan məlumatlar ortaya atılmaqdadır".
Qeyd edək ki, bu gün ADA Universitetində "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının Tərəfdaşlar Forumu ("Peace4Culture" Partners Forum) keçirilib.
Sülh naminə 30 illik mübarizə
Hikmət Hacıyev forumda çıxış edib. O qeyd edib ki, Azərbaycan 30 ilə yaxın sülh üçün mübarizə aparıb:
"Hazırda sülhə bağlı çoxlu şüar səsləndirilir: "Azərbaycan istəyirdi ki, ədalətli sülh olsun. Azərbaycan mədəniyyəti və cəmiyyəti 30 il ərazində ədalətsizliklə üzləşmişdi".
H.Hacıyev əlavə edib ki, Azərbaycan artıq Şuşanın, Qarabağın yenidən qurulmasına başlayıb:
"Şuşanın yenidən qurulması üçün işlər görürük. Biz Qarabağda apardığımız işlərlə dünyaya yenə də sülh nümayiş etdiririk. Müharibə olduqda, sülhün olmaması fonunda mədəniyyəti çox düşünmək olmur, çünki qaçqınlar, yoxsulluq fonunda mədəniyyət sonda qalır. Amma indi mədəniyyətsiz sülh olmayacaq".
O, daha sonra jurnalistləri maraqlandıran sualları cabavlandırıb.
Həmçinin oxuyun: