DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lavrov və Çavuşoğlu Zaqafqaziya və Bosniyada sabitliyi müzakirə ediblər

Həmçinin beynəlxalq aləmdə gündəmdə olan məsələlər: Suriya, Liviya, Ukraynadakı vəziyyət də nəzərdən keçirilib.
Sputnik
BAKI, 2 dekabr - Sputnik. Rusiya və Türkiyə XİN rəhbərləri Sergey LavrovMövlud Çavuşoğlu Stokholmda bir sıra ölkələrdə, o cümlədən Zaqafqaziya ölkələrində və Bosniyadakı vəziyyəti müzakirə ediblər. Bu barədə RİA Novosti Rusiya XİN-ə istinadən xəbər verir.
"Xarici siyasət idarələrinin rəhbərləri əsas ikitərəfli məsələlər üzrə mövqeləri dəqiqləşdiriblər. Bundan əlavə tərəflər iki ölkənin regional məsələlərin həllində səylərinin əlaqələndirilməsini, o cümlədən zaqafqaziyada sabitliyi müzakirə ediblər. Görüşdə Bosniyada nizamlanmaya dair birgə addımların atılmasına da toxunulub. Həmçinin beynəlxalq aləmdə gündəmdə olan məsələlər: Suriya, Liviya, Ukraynadakı vəziyyət də nəzərdən keçirilib", - deyə Rusiya XİN-in göprüşün yekunlarına dair məlumatında deyilir.