BAKI, 2 dekabr — Sputnik. Azərbaycan sülh konsepsiyasının Cənubi Qafqazın hüdudlarından çıxmasını istəyir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.
Prezidentin köməkçisi bildirib ki, məqsəd Azərbaycanda əsrlərlə yaradılan mühiti, Azərbaycan xalqının digər xalqlara olan münasibəti, hörməti sahəsindəki təcrübəsini paylaşmaqdır:
"Ölkənin sülh konsepsiyası üçün, eyni zamanda xalqların birgə yaşaması üçün sülh çox vacibdir".
Qeyd edək ki, bu gün ADA Universitetində "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının Tərəfdaşlar Forumu ("Peace4Culture" Partners Forum) keçirilir.