BAKI, 2 dekabr — Sputnik. "Vətən müharibəsində Ermənistan ordusundan hərbi qənimət kimi götürələn texnikalar, silah-sursat artıq Azərbaycan Ordusunun istifadəsinə verilib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-ya açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
Nazir qeyd edib ki, Vətən müharibəsi dövründə qənimət kimi çoxlu sayda teknika və silah-sursat götürülüb: "Ordumuzun çevik, sürətli hücumu nəticəsində erməni əsgərləri teknikaları işlək vəziyyətdə qoyaraq qaçıblar. Həmin teknikalar, silah-sursatlar Müdafiə Nazirliyi ilə birgə təmir edilib və Azərbaycan Ordusunun istifadəsinə verilib".
Xatırladaq ki, "Armenian Military Portal" 44 günlük Qarabağ müharibəsində Ermənistanın təkcə bir döyüşdə 50 hərbi texnikasının məhv edildiyini yazıb. Azərbaycan tərəfi erməni hərbi texnikalarını İsrail istehsalı olan "Spike NLOS” raket kompleklsi vasitəsi ilə məhv edib. Həmin döyüş Füzuli rayonunun Nüzgar kəndi yaxınlığında baş verib.
Həmçinin oxuyun:
Hərbi Qənimətlər Parkına getməkdə əsas məqsədlər araşdırılıb
Hərbi Qənimətlər Parkına getmək istəyənlər üçün marşrutlar
Xocavənd ətrafında gedən döyüşlərdə erməni tankları məhv edilib - VİDEO