BAKI, 1 dekabr — Sputnik. Türkiyə lirəsi sürətlə ucuzlaşmaqda davam edir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, lirə tarixi antirekordunu yeniləyərək dollar qarşısında yenidən ucuzlaşıb.
Bu gün Bakı vaxtı ilə saat 13:00 radələrində lirə ABŞ dollarına nisbətdə 13,71 səviyyəsində ticarət olunub. Türkiyə Mərkəzi Bankı bu baxımdan yeni qərarlar qəbul etməli olub.
Türkiyə Mərkəzi Bankından verilən məlumatda bildirilib ki, maliyyə bazarlarındakı qeyri-sağlam şəraitə görə valyuta bazarlarında satışa birbaşa müdaxilə qərarı qəbul edilib.
Xatırladaq ki, Türkiyə lirəsi son 1 il əzində, təxminən, 40% uzuclaşıb. Buna səbəb Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 16%-dən 15%-ə endirməsi olub.