AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qəzadan sağ çıxan hərbçi danışdı - Video

Heç bir məhdudiyyət aşılmamışdı. Helikopterdə desant daşıma sayı 24 nəfərdir.
Sputnik
BAKI, 1 dekabr — Sputnik. DSX-ya məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində sağ qalan hərbçilər xəstəxanada açıqlama veriblər.
Sputnik Azərbaycan xəbər verir ki, onlar “REAL TV”yə danışıblar.
Qəza baş verən zaman helikopterdə olan polkovnik-leytenant Emil Cəfərov baş verənlər barədə bunları deyib: “Enişin yerinə yetirilməsində helikopter qəzası baş verdi. Heç bir nasazlıq hiss olunmadı. Helikopter yerə çırpıldıqdan sonra ikimizi də bayıra atdı. Bundan başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı. Helikopterdə desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzikdir. Sol qolumun bazu sümüyünün üst yuxarı hissəsində sınıq var”.
Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.