Noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri təlim uçuşları həyata keçirərkən qəzaya uğrayıb. Faciəvi hadisə zamanı 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Bu gün, dekabrın 1-də Sərhədçi Olimpiya Mərkəzində şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib. Daha sonra onların nəşləri II Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində hərbi qulluqçuların ailə üzvləri və yaxınları, DSX rəisi, general-polkovnik Elçin Quliyev, müdafiə sənayesi naziri Mədət Quliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.