RUSİYA

Moskva COVID-19 ilə mübarizə reytinqində Avropa şəhərləri arasında birincidir

Koronavirusun yayılması ilə mübarizədə tətbiq olunan 160-a yaxın qabaqcıl həll Moskvaya yüksək göstəricilərə nail olmağa şərait yaradıb.
Sputnik
BAKI, 1 dekabr — Sputnik. Dünya meqapolisləri arasında Rusiyanın paytaxtı San-Fransisko və Nyu-Yorkdan sonra üçüncü yerdədir. Boston və London şəhərləri də ilk beşliyə daxildir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu reytinq "StartupBlink" beynəlxalq tədqiqat agentliyi tərəfindən tərtib edilib.
Koronavirusun yayılması ilə mübarizədə tətbiq olunan 160-a yaxın qabaqcıl həll Moskvaya yüksək göstəricilərə nail olmağa şərait yaradıb.
Onların arasında süni intellekt əsasında kompüter görmə alqoritmləri mövcuddur. Bu metodika artıq rentgenoloqlara üç milyondan çox tədqiqatı təhlil etməyə imkan verib.
Digər innovativ həll isə xəstələri, həkimləri, tibb müəssisələrini, sığorta şirkətlərini, əczaçılıq müəssisələri və internet saytlarını birləşdirən bulud platformasıdır.
Pandemiya zamanı vətəndaşların həyatını uyğunlaşdırmağa kömək edən texnologiyalar da yüksək nəticələrə nail olmağa öz töhfəsini verib. Bunlar ağıllı turizm, elektron ticarət və logistika, eləcə də distant iş və onlayn təhsil sahəsindəki layihələrdir.
"StartupBlink" agentliyinin ekspertləri Moskvada həyata keçirilən tədbirləri epidemioloji göstəricilər və iqtisadiyyata təsir baxımından qiymətləndiriblər.
Moskva təcrübəsi
Koronavirusla mübarizədə Moskva ifrat tədbirlərdən imtina edib. Diqqət profilaktikaya yönəldilib: pulsuz ekspress-test və peyvənd məntəqələrinin sayı artırılıb, tədris üçün onlayn proqramlar və platformaları patentləşdirib, tele-tibb imkanları genişləndirilib.
Moskva səhiyyə sistemi pandemiya dövründə özünü kifayət qədər etibarlı göstərib ki, bu da COVID-19 xəstəliyinin pik dövrlərində belə planlı və təcili yardımın dayandırılmamasına imkan verir.
Moskvada subsidiyaların ayrılması və güzəştlər vasitəsilə sahibkarlıq da dəstəklənir. Bu il 25 minə yaxın kiçik və orta biznes müəssisəsi bu cür dəstək tədbirlərindən yararlanıb.
Reytinq necə tərtib olunur
Reytinq koronavirusla mübarizə üçün innovativ həllərin qlobal xəritəsi əsasında tərtib edilib və dünyanın 100-ə yaxın aparıcı şəhəri və 40 ölkəsi qiymətləndirilib. Qlobal xəritə 2020-ci ilin mart ayında yaradılıb və il ərzində ona mindən çox həll əlavə edilib.
Reytinqin alqoritmi koronavirusla mübarizədə istifadə olunan innovasiyaların sayını və növünü nəzərə alır. Nəzərdən keçirilən layihələr innovasiya, relevantlıq (qərar birbaşa COVID-19 çağırışlarına cavab verməlidir) və etibarlılıq da daxil olmaqla üç əsas meyara cavab verməli idi.
Ayrılıqda fərqlənən təşəbbüslər üçün əlavə xallar verilir. Bütün qərarlar ilkin moderasiyadan keçir və məlumatın keyfiyyəti və etibarlılığı meyarlarına uyğun olaraq ekspertlər tərəfindən seçilir.