AZƏRBAYCAN XƏBƏRLƏRİ

Helikopter qəzasında həlak olan hərbçilər torpağa tapşırılıblar

Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Sputnik
BAKI, 1 dekabr - Sputnik. Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanlar dəfn olunub.
Sputnik Azərbaycan xəbər verir ki, onların cənazələri II Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qəzada həlak olan hərbçilərin dəfn mərasimində şəhidlərin ailə üzvləri, hərbçilər, DSX rəisi, general-polkovnik Elçin Quliyev, Müdafiə sənayesi naziri Mədət Quliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Helikopter qəzasında şəhid olanların dəfn mərasimi
14.31
Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olanların cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına gətirilib.
Sputnik Azərbaycan xəbər verir ki, qəzada həlak olan hərbçilərin dəfn mərasimində şəhidlərin ailə üzvləri, hərbçilər, DSX, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edir.
13.59
“Sərhədçi” İdman Kompleksində helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçirilir.
Öncə həlak olan hərbi qulluqçuların xatirəsi bir qəqiqəlik sükutla yad edilib.
Daha sonra isə hərbi orkesterin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, qəzada həlak olmuş şəhidçilərimiz paytaxtdakı İkinci Şəhidlər Xiyabanda dəfn ediləcəklər.
Helikopter qəzasında həlak olanlarla vida mərasimi
***
12.02
“Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə həlak olan 14 hərbi qulluqçu ilə vida mərasimi başlayıb.
Mərasim DSX-nin “Sərhədçi” İdman Kompleksində keçirilir.
Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
***
Hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların nəşinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinəsi başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, cənazələr morqdan qaldırılıb.
Cənazələr vida mərasimin keçirilməsi üçün DSX-nin "Sərhədçi" İdman Kompleksinə aparılır. Mərasim bir qədər sonra başlayacaq.
Daha sonra cənazələr dəfn olunmaq üçün hərbi qulluqçuların ailələrinə təhvil veriləcək.
Helikopter qəzasında həlak olanlarla vida mərasimi
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Helikopter qəzasında həlak olanlarla vida mərasimi
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
Helikopter qəzasında həlak olanlarla vida mərasimi
Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.