Əvvəlcə zümrüd rəngli yarpaqlarında yalnız qızılı çalarlar görünürdü.
Sonra isə Bakı bulvarı pələng dərisinə bənzər heyrətamiz rəng aldı.
Ancaq küləklər şəhərində hər ağac qızılı rəngdə tacı daşıya bilmir.
Elə bil ayaqlar altına rəngarəng xalça sərilib.
Yarpaqların xışıltısı payız əhval-ruhiyyəsini bir az da artırır.
Yəqin ki, Bakının küçələrini süpürən abadlıq işçiləri qış fəslindən daha çox payızı sevmirlər.
Çünki Bakıda qarın yağması, yarpaqların düşməsindən fərqli olaraq, nadir hallarda olur.
Ancaq quşlar üçün payız ilin çox rahat fəslidir.
Həm də Bakıda isti payız bəzən özünü bahar kimi göstərir.
Ya da uşaqları tamamilə yay hərarəti ilə sevindirir.
Ancaq payızda günəş tez batır.
Gözəl axşam görüntülərini lentə almağı çatdırmağa çalışmaq lazımdır.
Əlvida, Bakı payızı! Görək qışda fotoqrafı nə təəcübləndirəcək.