PAYTAXT XƏBƏRLƏRİ

Elm adamlarına imkanlar yaradılmalıdır - Nobel mükafatı laureatı

Aziz Sancar 2015-ci ildə Kimya üzrə Nobel mükafatına amerikalı Pol Modriç və isveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası işinə görə layiq görülüb.
Sputnik
BAKI, 1 dekabr — Sputnik. Qarabağ qələbəsi asanlıqla qazanılmadı, çoxlu şəhidlər verdik. Bütün türk dünyası şəhidlərə minnətdardır. Azadlıq verilmir, azadlıq qazanılır. Kimsə başqa bir dövlətin torpağını işğal edərək uzun illər bunu dünyaya qəbul etdirə bilməz. Azərbaycan II Qarabağ müharibəsində ermənilərə layiqincə dərs verib həqiqəti dünya ictimaiyyətinə göstərdi.
Nobel mükafatı laureatı, türk əsilli Aziz Sancar bu barədə "UNEC İqtisadi Forumu"nda çıxışı zamanı deyib.
O Nobel mükafatı almasından, bunadək və bundan sonrakı fəaliyyətindən bəhs edib, həmçinin 750-1250-ci illərdə (Abbasilər xilafəti dövründə) türk dünyasının qüdrətindən, elmdəki faydalarından danışıb. Bildirib ki, həmin illərdə türk dünyası elmi ilə dünyada fərqlənirdi.
Ə.Sancar həmçinin Çinin də elmdəki rolundan bəhs edib.
O bildirib ki, gələcək 10-15 ildə çinlilər 15 Nobel mükafatı alarlarsa, türklər bunu almayacaqlar, deyə proqnoz verib. O Çin və türk elmini müqayisə edib. Çinin və türk xalqının elmə verdiyi töhfələrdən danışıb.

"Türkiyə və Özbəkistan kimi türk ölkələrində də elmdə müəyyən irəliləyişlər olur. Dünya ilə yarışmaq üçün bumeranq yaratmalıyıq. Təməl bilik önəmıidir. Bundan başqa qızlara da oğlanlarla bərabər eyni təhsil fürsətləri verməliyik. Erkən yaşlarda təcrübələrini reallaşdırmağa imkan verməliyik. Siyasət və elm bir-birindən fərqləndirilməlidir. Elm adamlarına imkanlar yaradılmalıdır. Elmlə məşğul olmağa başladıqda, bu şəxslərə azadlıq verilməlidir. Bu şəxslər azadlıq istəyirlər, onlara "bunu et, onu et", deyilməməlidir" - Sancar deyib.

Aziz Sancar 2015-ci ildə Kimya üzrə Nobel mükafatına amerikalı Pol Modriç və isveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası işinə görə layiq görülüb.