BAKI, 1 dekabr - Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 2-də erməni həmkarı Ararat Mirzoyanla İsveçdə görüşəcəklər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin deyib.
O bildirib ki, görüşün keçirilməsi ATƏT nazirlər konfransı çərçivəsində nəzərdə tutulur.
Eləcə də oxuyun: