NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropada təbii qazın qiyməti yenə "uçdu"

Sputnik
BAKI, 1 dekabr - Sputnik. Çərşənbə gününün alqı-satqı nəticələrinə görə, ICE birjasında qaz fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1.35 faiz bahalaşaraq 1095 dollara çatıb. Hərrac zamanı qiymət hətta 1136 dollar/1000 kub m-dək qalxıb.
Ticarət günü başlanarkən ICE Futures-də TTF holland indeksi üzrə qazın yanvar fyuçerslərinin qiyməti 1071 dollar olub. Gün ərzində qazın qiyməti stabil olaraq 1-3% artıb, axşam isə bu göstərici 5%-ə çatıb. Qaz qiymətinin maksimumu 1136, minimumu 1068 dollar olub, bağlanışda isə 1095 dollara çatıb ki, bu da çərşənbə axşamının ortalama - 1080.9 dollar göstəricisindən 1.3% çoxdur.
Avropada qazın qiymətləri yayın sonu-payızın əvvəlində qəfil qalxmışdı.