BAKI, 30 noyabr — Sputnik. Koronavirusa yoluxan Azərbaycanın Xalq artisti Eldost Bayramın son durumu açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı Minarə Bayram Report-a məlumat verib və bildirib ki, diktor Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib: "Eldost Bayram 20 gün bundan əvvəl koronavirusa yoluxmuşdu, bir həftə evdə müalicə aldı, sonra Zığ qəsəbəsindəki modul tipli xəstəxanaya yerləşdirdik. Dünənə kimi palatada müalicə alırdı. Vəziyyəti ağırlaşdığına görə reanimasiyaya yerləşdirilib. Həkimlər mənə deyirlər ki, saturasiyası, təzyiqi, temperaturu normaldır. Amma noyabrın 26-dan mən onunla telefonla danışa bilmirəm. Həkimlər deyirlər ki, danışmağa halı yoxdur".
M.Bayram qeyd edib ki, həyat yoldaşı koronavirusdan sağalıb və testinin nəticəsi neqativ çıxıb: "Həyat yoldaşım virusdan sağalıb. Ona çəkilən əziyyətləri itirə bilmərəm. Amma dünən reanimasiyaya yerləşdirilibsə, demək, başqa problemləri var".
Eləcə də oxuyun:
* Azərbaycanda koronavirus: yoluxma sayında azalma var