HADİSƏ

Gəncə sakinləri Goranboyda qəzaya düşdülər, bir ailənin 3 üzvü xəsarət alıb

Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qəza zamanı xəsarət alan 5 nəfərdən 3-ü bir ailənin üzvləridirlər.
Sputnik
BAKI, 30 noyabr - Sputnik. Goranboyda iki minik maşını toqquşub. Nəticədə 5 nəfər xəsarət alıb.
Qəza baş verdiyi ərazi
Sputnik Azərbaycan xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun rayonun Qarqucaq kəndindən keçən hissəsində baş verib.
Qəza baş verdiyi ərazi
"Mersedes" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində Gəncə şəhər sakinləri, Sərxan Məmmədov, Cəmil İmamverdiyev, Goranboy rayon sakinləri Səfər İsmayılov, Səkinəbanu İsmayılova, Günel İsmayılova müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hadisənin baş vermə səbəbləri araşdırılır.