CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda narkotik istifadəçilərinin yaşı azalır

Köşklərdə yeniyetmələrə siqaretlər satılır. Halbuki “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, həmin şəxslər məsuliyyətə cəlb edilməlidir.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Son dövrlərdə Azərbaycanda narkotikdən istifadə edənlərin yaşı azalır. Daha çox yeniyetmələr istifadə edirlər.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova deyib.
N.Aslanbəyovanın sözlərinə görə, tütündən istifadə halları da yeniyetmələr arasında çoxalıb: “Köşklərdə yeniyetmələrə siqaretlər satılır. Halbuki “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, həmin şəxslər məsuliyyətə cəlb edilməlidir. Qanunda olan maddələr işləmir. Qanunun tələblərinə riayət olunmur”.
Eləcə də oxuyun:
* Narkomaniya ilə bağlı fənnin tədrisi məqsədəuyğun deyil və ya Çarəsizlik sindromuna çarə
* Bəzi sahələrdə olan boşluqlar narkotik aludəçilərinin sayını artırır - Deputat
* Narkotiklə tutulan Azərbaycan çempionuna hökm oxunub