CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin İstanbul şəhərindəki qasırğa nəticəsində ölən və yaralananların olmasına görə başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin "Twitter" səhifəsində paylaşım edilib: “Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.
Qeyd edək ki, noyabrın 29-da güclü külək İstanbulda dörd nəfərin ölümünə səbəb olub. Türkiyə Səhiyyə naziri Fahrettin Koca ölkədə küləyin fəsadlarından 38 nəfərin də xəsarət aldığını bildirib.
Güclü külək İstanbul, Kocaeli və Zonquldakda damları qoparıb, ağacları sındırıb, elektrik xətlərini qırıb, hətta yük maşınlarını aşırıb.