HƏRBİ

XDMX: Vətən müharibəsi ərzində 2678 kiberhücumun qarşısı alınıb

Dezinformasiya hücumları isə demək olar ki, müharibənin əvvəlindən sonunadək dayanmadan müxtəlif istiqamətlərdən özünü göstərdi
Sputnik
BAKI, 29 noyabr — Sputnik. 44 günlük Vətən müharibəsinin ilk günlərində DDoS hücumların aktivləşməsi qeydə alınıb və bu hücumlar ümumiyyətlə bütün müharibə dövründə aktiv olaraq davam edib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Kibertəhlükəsizlik günü konfransında çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə fişinq hücumları da xüsusi nəzərə çarpıb: "Dezinformasiya hücumları isə demək olar ki, müharibənin əvvəlindən sonunadək dayanmadan müxtəlif istiqamətlərdən özünü göstərdi. Həm vətəndaşlar, həm də dövlət qurumları hədəfə alınırdı. Dövlət informasiya resurslarına 44 gün ərzində 2678 kiberhücum cəhdinin qarşısı alındı".