RUSİYA

Rusiya və Çin enerji forumunda 20-yə yaxın saziş imzalayacaq

Rusiya və Çin şirkətləri arasında forum çərçivəsində enerji resursların təchizatı, texnologiya transferi, birgə tədqiqatlar, satınalmalarda iştirak, kadr hazırlığı, təhsil kimi sahələrdə 20-yə yaxın böyük sazişin imzalanması planlaşdırılır.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. III Rusiya-Çin Energetika Biznes Forumunda Rusiya və Çin 20-yə yaxın saziş imzalayacaq.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə forumun təşkilatçılarından biri olan "Rosneft"in rəhbəri İqor Seçin bildirib.
"Bu il Rusiya və Çin şirkətləri arasında forum çərçivəsində enerji resursların təchizatı, texnologiya transferi, birgə tədqiqatlar, satınalmalarda iştirak, kadr hazırlığı, təhsil kimi sahələrdə 20-yə yaxın böyük sazişin imzalanması planlaşdırılır", - deyə Seçin Forumun açılışında çıxış edərək qeyd edib.