BAKI, 29 noyabr — Sputnik. Gəncə-Qazax-Gürcüstan avtomobil yolu ikinci texniki dərəcədən birinci texniki dərəcəyə yenidən qurulur. Hazırda magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir.
Layihəyə əsasən yol üzərində 16 avtomobil körpüsü quraşdırılacaq. Onlardan Tovuzçay üzərindən keçən körpü öz unikallığı ilə seçiləcək. O, ölkəmizin ən hündür və ən uzun körpüsü olaraq inşa edilir.