HADİSƏ

Göyçayda polislər yol qəzasına düşüb, ölən və yaralı var

Qəza nəticəsində avtomobildə olan sərnişin - polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Göyçayda polislər yol qəzasına düşüblər, ölən və yaralı var.
Hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Məzahir Mirzəliyev "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin - polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sürücü Məzahir Mirzəliyev ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.