AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakıda müşahidə olunan dumanın səbəbi açıqlanıb

Rütubətin yüksək olması, yerüstü təbəqə buludların mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın inkişafına şərait yaradır.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Bakıda müşahidə olunan dumanın səbəbi açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirir ki, ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir: "Nisbətən soyuq səth üzərində isti və rütubətli havanın hərəkəti nəticəsində dumanlı hava şəraiti müşahidə olunur".
O qeyd edib ki, rütubətin yüksək olması, yerüstü təbəqə buludların mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın inkişafına şərait yaradır.
G.Məmmədova bildirib ki, belə hava şəraiti bu gün, noyabrın 30-u gecə və səhər saatlarında fasilələrlə duman olacaq.