TƏHSİL

Bakıda koronavirusa görə bağlanan məktəb və liseydə əyani dərslər bərpa olunub

Paytaxtda yerləşən 67 nömrəli tam orta məktəbdə və Bakı Avropa Liseyində bu gündən tədris və təlim-tərbiyə prosesi əyani formada davam etdirilir.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Bakıda yerləşən 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Bundan başqa, koronavirusa görə bağlanan daha bir ümumtəhsil müəssisəsində tədris bərpa olunub. Belə ki, .
Qərar Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qəbul olunub.
Xatırladaq ki, Bakı Avropa Liseyində 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv çıxmışdı. Bu səbəbdən lisey noyabrın 12-dən distant tədrisə keçmişdi.