SƏHİYYƏ

Azərbaycanda hələ yeni ştamm aşkarlanmayıb

Genetika mütəxəssisi bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev məlumat verib.
O bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.
Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb.
Qeyd edək ki, Cənubi Afrika Respublikasında koronavirusun yeni ştammı aşkarlanıb. ÜST-ün "Omicron" adı verdiyi ştamm artıq bir neçə Avropa ölkəsində də yayılıb.
Bundan əvvəl isə koronavirusun "Mü", "Delta" “Lambda” kimi ştamlarının yayıldığı bildirilirdi.
Həmçinin oxuyun:
Azərbaycanda "Mu" ştammına yoluxma qeydə alınıb?