RUSİYA

Azərbaycanda film çəkən rusiyalı rejissor vəfat edib

V.Naumov 1927-ci ildə Leninqradda anadan olub. O, 1952-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Rusiyanın tanınmış rejissoru, SSRİ Xalq artisti Vladimir Naumov vəfat edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Kinematoqrafçılar İttifaqından bildirilib ki, SSRİ Xalq artisti, "Tehran-43", "Qaçış" və digər filmlərin rejissoru V.Naumov bu gün 93 yaşında dünyasını dəyişib.
V.Naumov 1927-ci ildə Leninqradda anadan olub. 1952-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.
O, "Pavel Korçagin", "Gələnlərə sülh", "Tehran-43" və başqa filmlərin rejissoru kimi məşhurlaşıb.
1983-cü ildə SSRİ Xalq artisti adına layiq görülüb.
Xatırladaq ki, Naumovun 1980-ci ildə çəkdiyi "Tehran-43" filminin də bəzi hissələri Azərbaycanda lentə alınıb.