HADİSƏ

Xaçmazda avtomobil qəzası - bir nəfər həlak olub

N.Rüstəmov hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb.
Sputnik
BAKI, 28 noyabr - Sputnik. Xaçmaz rayonunun Maşıoba kəndində yol nəliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Mersedes"markalı avtomaşının aşması sürücünün ölümünə səbəb olub.
Belə ki, 41 yaşlı Xaçmaz rayonu Çuxuroba kənd sakini Niyazi Rüstəmov idarəetməni itirib və maşın aşıb.
N.Rüstəmov hadisə yerindəcə dünyasını dəyişib. O avtomaşında tək olub.
Hadisə ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb.