BAKI, 28 noyabr - Sputnik. Rusiyada hər il Analar Günü noyabrın son bazar günü qeyd olunur. Bu il bayram noyabrın 28-nə təsadüf edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova bu ölkənin qadınlarını Analar Günü münasibətilə təbrik edərək onlara cansağlığı və əmin-amanlıq arzulayıb.
“Əziz analar və nənələr, bu gün qeyd etdiyimiz gözəl bayram münasibətilə sizi təbrik etməkdən məmnunam. Bu mənim də şəxsi bayramımdır və uşaqlarım səhər tezdən mənə xoş sürprizlər hazırlayıblar. Axı ana olmaq dünyanın ən gözəl işdir. Yaxınlarınıza sevgi və diqqətlə yanaşmaq, qayğı göstərmək, ailə ocağını qorumaq və bir çox başqa şeylər”, - deyə Lvova-Belova RİA Novostinin saytında yer alan videomüraciətində vurğulayıb.
“İlk növbədə, sizə və ailənizə cansağlığı arzulayıram, qoy sevdiklərinizlə bölüşdüyünüz sevgi və sevinc hissi hər gün sizə geri qayıtsın!”, - deyə uşaq ombudsmanı əlavə edib.
Qeyd edək ki, Rusiyada hər il Analar Günü noyabrın son bazar günü qeyd olunur. Bu il bayram noyabrın 28-nə təsadüf edib.